Bağlamanı asan və sürətli götür

Bakı şəhəri üzrə 70-dən çox nöqtədə fəaliyyət göstərən postamat şəbəkəmiz vasitəsilə bağlamalarınızı tam təhlükəsiz şəraitdə və sizə uyğun zaman kəsiyində təhvil ala bilərsiniz. Kuryer gözləməklə vaxt itirməyin, çatdırılmanı öz qrafikinizə uyğunlaşdırın.

70+
Məntəqə
7/24
PIN ilə götür
iBox smart postamat — Bakıda 7/24 bağlama götürmə nöqtəsi
PIN daxil et Bağlamanı götür
Anında SMS Bildiriş göndərilir

Müasir çatdırılma həlli

Partnyorlar üçün etibarlı API inteqrasiyası, müştərilər üçün isə sadə və sürətli bağlama götürmə imkanı — hamısı vahid platformada.

Rahat İstifadə

SMS ilə 6 rəqəmli kod alan müştəri istənilən iBox məntəqəsindən bağlamasını götürür.

7/24 Xidmət

İş saatlarından asılı deyil — gecə, gündüz, həftə sonu bağlamanı götürə bilərsən.

Kuryerlə Çatdırma

Partnyorlardan toplanan bağlamalar ən yaxın iBox məntəqəsinə sürətlə çatdırılır.

Sürətli İnteqrasiya

Bizim API ilə e-ticarət platformanı bir neçə saatda iBox sisteminə qoşa bilərsən.

Real Vaxt İzləmə

Hər bir bağlamanın statusunu, yerini və hərəkət tarixini real vaxtda izlə.

Geniş Şəbəkə

Bakı boyu 70+ strateji nöqtədə yerləşən məntəqələr — hər yerə yaxın.

Xidmət Məntəqələri

Sənə ən yaxın iBox məntəqəsini xəritədə tap — ünvanını, iş saatlarını və yol marşrutunu bir baxışda gör.

Tez-tez verilən suallar

Cavab tapa bilmirsənsə bizimlə əlaqə saxla.

Bizimlə əlaqə

Kargo şirkəti tərəfindən sənə göndərilən 6 rəqəmli kodu ən yaxın iBox məntəqəsinin ekranına daxil et — qapı açılır, bağlamanı götürürsən.

Həm fərdi müştərilər, həm də kargo şirkətləri iBox xidmətindən istifadə edə bilər. Müştərilər bağlamalarını məntəqədən götürür, partnyorlar isə API inteqrasiyası ilə sistem üzərindən işləyir.

70-dən çox iBox məntəqəsi Bakının müxtəlif yaşayış massivlərində, metro çıxışlarında və ticarət mərkəzlərinin yanında yerləşir. Yuxarıdakı xəritədən ən yaxınınızı tapa bilərsiniz.

Xeyr. Müştərilərdən heç bir əlavə ödəniş alınmır. Kargo şirkəti ilə müqavilə çərçivəsində bütün xidmətlər tərəfimizden təmin edilir.

Yalnız kargo şirkəti tərəfindən SMS ilə göndərilən 6 rəqəmli PIN kod lazımdır. Kodu məntəqəyə daxil etməklə bağlamanı götürə bilərsən.

Hazırda əsasən Bakı şəhərini əhatə edirik. Yeni məntəqələr müştəri sıxlığına görə daim əlavə edilir.

Bizimlə əlaqə saxla

Sual, təklif və ya partnyorluq üçün aşağıdakı kanallardan bizə çata bilərsən.

Ünvan

Bakı, Azərbaycan

E-poçt

info@ibox.az